İlham Əliyev Hondurasın Prezidentini təbrik etdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Hondurasın Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Honduras Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Honduras münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Honduras xalqına sülh və rifah diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm