İqtisadi gündəm
Qızıl ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti cüzi düşüb.
Publika.az birjalara istinadla xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18 % və ya 3,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1750,85 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,76 % düşərək 1 unsiyası 21,267 ABŞ dolları təşkil edib.
Çində davam edən etirazlar fonunda ABŞ valyutasının dəstək alması qiymətli metala mənfi təsir edib.
Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,36 % artaraq 106,34 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.
Bazarların diqqəti Çinə yönəlib. Karantin məhdudiyyətlərinin sərtləşdirilməsi fonunda ölkədə, o cümlədən Şanxay və Pekində etiraz aksiyaları keçirilir.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı