ARDNF gələn il 15 milyon manatdan çox - MAAŞ ÖDƏYƏCƏK
Bizi izləyin

İqtisadi gündəm

ARDNF gələn il 15 milyon manatdan çox - MAAŞ ÖDƏYƏCƏK

2023-cü ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 37,102 milyon manat təşkil edəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 9,2 % çoxdur.

ARDNF-in gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 41,4 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 16,017 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,636 milyon manat xərcləyəcək.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm