İqtisadi gündəm
Azərbaycanın ən çox ixrac etdiyi məhsulun adı açıqlandı

Keçən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub.
Publika.az xəbər verir ki, bu məlumatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmal”ının yanvar sayında qeyd olunub.
İcmalda bildirilir ki, bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanda karbamid zavodu 2019-ci ilin əvvəlindən istismara verilib. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal etmək mümkündür.
Torpaqda asan həll edilməsi ilə seçilən karbamid ən yüksək azot tərkibli (46%) gübrədir. Bu gübrə əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir.

-
Avropa13:16
Şolz: Ukrayna münaqişəsi bizi hələ uzun müddət narahat edəcək
-
Magazin111:50
Azərbaycanda tanınmış aparıcının pulunu belə ələ keçirmək istədilər - VİDEO
-
Magazin111:02
"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda
-
Magazin110:22
"Səs Azərbaycan"ın qalibi məlum oldu - FOTO
-
İdman09:31
"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ: lider kimdir?
-
Magazin109:13
Mələkxanımın qızı bu telekanalda işə başladı - FOTO
-
Magazin208:13
Tanınmış pop qrupunun yaradıcısı İTKİN DÜŞDÜ - FOTO
-
Magazin105:45
Məşhur aktrisa qəfil AZTV-dən ayrıldı - SƏBƏB