Azərbaycan və Türkiyə hərbi helikopterləri birgə döyüş uçuşları keçiriblər - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və Türkiyə hərbi helikopterləri birgə döyüş uçuşları keçiriblər - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra ediblər.

Qeyd edək ki, ümumilikdə təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm