İqtisadi gündəm
Ölkədə çalışanların sayı niyə azdır? - AÇIQLAMA
Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan məlumata görə isə ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.
İqtisadçı ekspert Fuad İbrahimov Publika.az-a açıqlamasında bildirib ki, 2021-ci ilə nisbətdə yenidən iş yerlərinin açılması nöqtəyi-nəzərdən, 2022-ci ildə xüsusi sıçrayış baş verdi.
“Pandemiya və sonrakı dövrdə dünya iqtisadiyyatına nəzər salsaq bir çox əmsallarda ciddi dəyişiklik görə bilərik. Bu iqtisadi araşdırmalarda dinamik azalmalardan söhbət getmir. 2023-ci ildə 2022-ci ilə nisbətən azalma var idisə, 2022-ci ildə də 2021-ci ildə əsasən artım var idi. Çünki o dövrdə artım çox oldu. Bu da növbəti illərdə olan göstəricilərə təsir etdi. Arada bu qədər fərq yarandı. Ümumillikdə isə monitorinqlər onu göstərir ki, müqaviləsiz və muzdlu işçilərin sayı gün keçdikcə artır. Bunun səbəbi tam dəqiq deyil”.
İqtisadçı əlavə edib ki, həmçinin işçilərin süni şəkildə sayı da az göstərilir:
“Bu isə yenidən gizli iqtisadiyyatın formallaşması, təkmilləşməsi ən azından ayaqda qalmasına şərait yaradan amillərdən biridir. Pandemiya dövrü dünyada işsizlik ordusunu strukturlu şəkildə formalaşmasını şərait yaratmışdı. Bu ordu ölkəmizdə də yarandı. Həmçinin qeyri-rəsmi çalışan insanların sayı yetərincə çoxdur. Bütün bunlar göstəricilərə təsir edir”.
Aysel Şahmar
-
ABŞ09:00
"TikTok" ABŞ-da BLOKLANDI - Elanda deyilir ki...
-
Sağlamlıq08:48
Pomidor şirəsinin elə faydaları üzə çıxdı ki...
-
Magazin206:46
Türk məşhurlar “Joy Awards”da - FOTO
-
Sosial05:45
Hökümənin atası başına gələnləri danışdı - VİDEO
-
Magazin101:41
Renka həmin hadisədən DANIŞDI: "5 kişi üstümə cumub..." - VİDEO
-
Art00:45
Müşfiq Hətəmova vəzifə verildi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Risk etmədən irəliləmək məsləhətdir
-
Magazin118 Yanvar 23:36
Eminin Çində yemək sınağı: qurbağa, yarasa... - VİDEO