Müdafiə Nazirliyi Ermənistanın təlimlərinə cavab verdi
Bizi izləyin

İqtisadi gündəm

Müdafiə Nazirliyi Ermənistanın təlimlərinə cavab verdi

İşğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavab verib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda deyilir ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm