Gədəbəydə avtomobil yolunun tikintisinə 5,9 milyon manat ayrıldı
Bizi izləyin

İqtisadi gündəm

Gədəbəydə avtomobil yolunun tikintisinə 5,9 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm