Ermənilər 37 dəfə atəşkəs rejimini pozublar
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər 37 dəfə atəşkəs rejimini pozublar

Erməni silahlıları cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.

Publika.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm