“Bizdə bazara gedən evlənib gəlir” – azərbaycanlı İŞİD-çilərin yeni VİDEOSU
Bizi izləyin

İqtisadi gündəm

“Bizdə bazara gedən evlənib gəlir” – azərbaycanlı İŞİD-çilərin yeni VİDEOSU

İraqın Fəllucə bölgəsində döyüşən azərbaycanlı və türk İŞİD-çilər yemək vaxtı bir-biri ilə zarafatlaşır.

Publika.az xəbər verir ki, İŞİD terror təşkilatı youtube.com video paylaşma saytına yeni bir video yükləyib. Videoda əsasən azərbaycanlı və türk İŞİD-çilərin olduğu görünür. Onlar bir-biri ilə zarafatlaşaraq yemək yeyirlər.

Videonu çəkən isə azərbaycanlı gəncdir. Videonun ən maraqlı yeri içəri üç yaraqlı girdikdən sonra başlayir. Özünü azərbaycanlı Əbu Xəttab adlandıran yaraqlı “bunu evləndiriblər. Bizdə maşallah bazara gedən evlənib gəlir” deməsi olub.

Videonun sonunda üzünü göstərən “Əbu Xəttab” Azərbaycandakı “kafirləri” təhdid etməkdən belə çəkinməyib.

Daha ətraflı videoda:

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm