Ziya Bünyadov prospektində təmir işləri başa şatdı
Bizi izləyin

İqtisadi gündəm

Ziya Bünyadov prospektində təmir işləri başa şatdı

Bakının tıxaclardan xilas yolu sayılan Dərnəgül yolu açılıb. Bu gün səhər saatlarında Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsi istiqamətində gedən və təmir işləri ilə bağlı bağlanan yol sürücülərin ixtiyarına verilib.

Sürücülərin üç gündür saatlarla tıxacda qaldığı bu prospektin açılması, nəhayət, şəhərdə nəqliyyatın sıxlığının aradan qaldırılmasına kömək edəcək. Artıq həftənin ilk iş günündən etibarən Dərnəgül yolu istiqamətində gedən yolların tıxacsız ola biləcəyi ehtimal edilir.

Publika.az xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev həmin küçədə işlərin başa çatdığını və avtomobillərin hərəkətinin yenidən təmin olunduğunu bildirib. Təmir işlərinə 100-dən yuxarı işçi 60 texnika cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm