Fikrət Məmmədov İranın səfiri ilə görüşüb
Bizi izləyin

İqtisadi gündəm

Fikrət Məmmədov İranın səfiri ilə görüşüb

Bu gün ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu günlərdə İranın dövlət başçısı Həsən Ruhaninin Azərbaycana səfərinin və imzalanan sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əlavə zəmin olduğunu vurğulayıb. Həmçinin, hüquqi əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan və İran arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu söyləyən səfir ölkə prezidentləri arasında səmimi və qarşılıqlı anlaşma şəraitində görüşlərin keçirildiyini və İran Prezidentinin Bakıya səfərinin əhəmiyyətini qeyd edib. M.Pakayin, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm