CNN Türk: "Helikopter xəbərimizdən narazı qaldığınızı bilirik"
Bizi izləyin

İqtisadi gündəm

CNN Türk: "Helikopter xəbərimizdən narazı qaldığınızı bilirik"

"Artıq verdiyimiz xəbərlə bağlı Bakıdan bir neçə şəxs zəng edərək narazılıq bildirib".

Bu haqda Axar.az-a CNN Türk kanalının Xəbər Deportamentinin müdiri Əli Güvənin yardımçısı Çimən xanım bildirib.

Müdir yardımçısı verilən xəbərin Bakıda xoş qarşılanmadığından məlumatlı olduqlarını deyib:

"Artıq Bakıdan narazılıqlar almışıq və bizə xəbərin birtərəfli olması ilə bağlı etirazlar çatdırılıb".

Əməkdaşımızın Azərbaycanın təmas xəttində vurulan helikopterin Ermənistana məxsus olması və ölən hər üç hərbçisinin Ermənistan vətəndaşı və Ermənistan Silahlı Qüvvələrində xidmət edən zabitlər olması haqda məlum həqiqətlər üzə çıxdığı halda, CNN Türkün hansı addımı atacağı ilə bağlı sualına kanal təmsilçisi belə cavab verib:

"Hazırda xəbər müdirimiz Əli bəy burada deyil. Mənim isə bu suallara cavab vermək səlahiyyətim yoxdur. Dediyiniz bütün fikirləri qeyd etdim, Əli bəyə çatdıracağam. Hansı qərar veriləcəyini xəbər müdiri həll edəcək”.

Xatırladaq ki, Ağdam rayonu ərazisində Azərbaycan mövqelərinə hücum cəhdi edən Ermənistan Silahlı Qüvvələrinə məxsus iki helikopterdən biri məhv edilib. Helikopter və pilotlar Ermənistan Silahlı Qüvvələrinə məxsus olsa da, CNN Türk kanalı helikopterin Dağlıq Qarabağ qondarma qurumuna aid olduğu barədə xəbər verib. Separatçıların və tanınmamış qurumun hərbi subyekt kimi adının çəkilməsi və Ermənistana aid helikopterin “Dağlıq Qarabağ”a aid edilməsi isə Ermənistan tərəfinin mövqeyini ifadə etməklə, tamamilə cəfəngiyyatdır və Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm