Millət vəkili girovun ailəsinə baş çəkib
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili girovun ailəsinə baş çəkib

Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsində olub.

Publika.az xəbər verir ki, millət vəkili bu barədə öz Facebook səhifəsində yazıb.

A.Mirzəzadə qeyd edib ki, girovun oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət edib.

"Dilqəmi çox mərd və vətənpərvər bir şəxs kmi təsvir etdilər, söylədikləri hadisələr onun məhz elə olduğunu sübut edirdi. Sadə bir zəhmət adamı olub, ancaq Vətən,Kəlbəcər həsrəti daima onun söhətlərində əsas mövzu olub. Dilqəm Əsgərovun məsələsinin dövlətimizin diqqətində olduğunu, hər bir azərbaycanlının onunla qürur duyduğunu dedim. Ailəsi xalqın Dilqəmin, Şahbazın və rəhmətlik Həsən Həsənovun məsləsi ilə yaxından maraqlandığından çox razı qaldıqlarını və daima onlarla maraqlandıqlarını bildirdilər", millət vəkili əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm