İqtisadi gündəm
Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi –
Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının
iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş
arzularımı yetirirəm".
Dövlət başçısı qeyd edib ki, tarixən müxtəlif xalqlar və dinlər
arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad
mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq
şəraitində yaşayıb, dil və mədəniyyətini, milli və dini
adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin
etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirib:
"Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi
ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında
yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi
cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub
saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin
olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında
rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu
gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil
ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram
Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər
ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir.
Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz
bizim ölkəmizdə yaşayır".
İlham Əliyev bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir: "Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram".
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO