İqtisadi gündəm
Prezident İlham Əliyev Şəmkirdə operativ müşavirə keçirib
Noyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış olub.
Üç mərtəbəli bina ordu birliyinin tabeçiliyində olan birləşmə və hissələrin idarə olunması, idarə heyətinin generalları, zabit və gizirlərin xidmət aparmaları üçün təyin olunub və burada 76 xidməti otaq var. Yeni qərargahda taktiki siniflər, çertyoj və kompüter otaqları, rabitə qovşağı və digər otaqlar yaradılıb. Ordu korpsunun rabitə sistemi də müasir tələblərə uyğun qurulub.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirib.
Müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və cəbhənin təmas xəttindəki vəziyyət barədə məruzə edib.
Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib.
Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.
Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış geyim formalarına baxıb. Bildirilib ki, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə fərqlənirlər. Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitləri yaxşılaşdırılıb, köhnə tip əsgər çarpayıları müasir bir və iki mərtəbəli çarpayılarla əvəz olunub. Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının yeniləri ilə əvəz olunması istiqamətində müvafiq işlər görülür. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılmasına və bişirilən yeməklərin çeşidinin artırılmasına xüsusi fikir verilir. Hazırda bu işlərlə hərbçilər yox, mülki işçilər məşğul olur, bu da yeməklərin keyfiyyətinə öz müsbət təsirini göstərir. Burada hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli 5 mərtəbəli yaşayış binası da inşa olunub.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü