İqtisadi gündəm
Prezident İlham Əliyev BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Sultan Bin Səid Əl Mansuri ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izlənildiyini dedi. Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi. Ölkəmizdə yeni inkişaf layihələrinin uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizdə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü