İqtisadi gündəm
Azərbaycan prezidenti general Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı sərəncam imzaladı
Azərbaycan Respublikası prezidenti İlham Əliyev general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Publika.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:
2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi,
tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu
Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olduğu qeyd
edilir.
XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərib, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr verib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı
qarşısında böyük xidmətləri olan general-leytenant Əlağa
Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim,
general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik
yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?