Tovuzun cəbhə kəndlərində istinad divarı çəkilir
Bizi izləyin

İqtisadi gündəm

Tovuzun cəbhə kəndlərində istinad divarı çəkilir

Tovuz rayonunun düşmənlə təmas xəttində olan kəndlərinə İstinad divarı çəkilir.

Yerli sakinlərin Publik.az-a verdiyi məlumata görə, bir neçə gündür ki, rayonun əsasən Hacallı, Əlibəyli kəndlərində hündürlüyü 3 metrə çatan istinad divarlarının tikintisinə başlanılıb. Ağdam kəndidə isə işlər yekunlaşmaq üzrədir.

Məlumata görə, ən uzun divar Hacallı kəndində çəkiləcək. Burada istinad divarının uzunluğu 400 metrə çatacaq. Təmas xəttindəki tikinti işləri başa çatdıqdan sonra kəndlərdə düşmən gülləsindən zərər çəkmiş evlərin təmirinə başlanacaq. Tikinti işlərinin bu ayın sonuna qədər yekunlaşması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm