İqtisadi gündəm
Zakir Həsənov cəbhə bölgəsində döyüş hazırlığını yoxladı - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan Müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.
Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıblar.
Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyacan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri Müdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun olaraq atışlar icra ediblər.
Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.
Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib