İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın “AzerTAc”a istinadən məlumatına görə, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu dedi. Ölkəmizlə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən Maroş Şevçoviç “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını dedi.

Maroş Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edən dövlətimizin başçısı qısa müddət sonra onun Azərbaycana səfər etməsini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizlə Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirdi. Avropa Komissiyasının və Avropa İttifaqı Şurası prezidentlərinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli səfərlərin önəmini qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğuladı. Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən Prezident İlham Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini qeyd etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm