Şəhərdə reklam lövhələri niyə sökülür? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Şəhərdə reklam lövhələri niyə sökülür? - RƏSMİ AÇIQLAMA

Noyabrın 27-dən etibarən üç gündür ki, Bakının mərkəzində yerləşən obyektlərin qarşısında reklam lövhələri sökülür.

Axar.az xəbər verir ki, mülki geyimli şəxslər mağazaların qabağında yazılan lövhələri götürür və yerinə bərpa etmirlər. Onlar bunu icra hakimiyyətiin tapşırığı ilə izah edirlər. Bu da öz növbəsində ticarət obyektlərinin sahibləri tərəfindən narazılıqla qarşılanıb.

Sahibkarlara izah edilib ki, lövhələrin sökülməsi Avropa Yay Oyunlarına hazırlıqla bağlı həyata keçirilən tədbirlərdir. Lakin reklam lövhələrinin sökülməsinə rəsmi şəkildə heç bir izah verilməyib.

Yalnız noyabrın 29-u, günün ikinci yarısında Səbayıl rayon icra başçısı Asif Əsgərov Oxu.az-a danışıb. İcra başçısı qeyd edib ki, Avropa Oyunlarına hazırlıq ərəfəsində şəhərin mərkəzinə baxış keçirilib. Baxış zamanı ərazidə ümumi görkəmə mənfi təsir göstərən və sənədsiz reklam lövhələri aşkarlanıb. Bununla bağlı onların sökülməsinə dair müvafiq tapşırıqlar verilib.

“Axı, bu düzgün deyil, şəhərin düz mərkəzinə yazıb qoyublar ki, şalvar dükanı, ayaqqabı dükanı və s. Bu cür tanıtım lövhələri şəhərin gözəlliyinə çox ciddi təsir göstərir. Bunların sökülməsi hər kəsi düşünüb atılan addımdır,” – deyə başçı vurğulayıb.

A.Əsgərov “Əli və Nino” kitab mağazasının tanıtım lövhəsinin sökülməsinə də aydınlıq gətirib:

“Mərkəzdə qeyri-qanuni, Ədliyyə Nazirliyi tərəfindən icazəsi olmayan tanıtım lövhələri birmənalı olaraq söküləcək. Lakin sənədli və Ədliyyə Nazirliyi tərəfindən icazəsi olan obyektlərin tanıtım lövhələri sökülməyəcək.

Biz Avropada da mərkəzdə tanınmış mağazaların tanıtım lövhələrinin olduğunu müşahidə edirik və burada heç bir qəbahətli məsələ yoxdur. Narahatlığa səbəb yoxdur, sənədi olan tanıtım lövhələri sökülməyəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm