İqtisadi gündəm
Həmin sahibkarlar 6000 manat cərimələnəcəklər
Bəzən xidmət və iaşə obyektlərində post terminalın işləməməsi əsas gətirilir. Bu halda satıcılar adətən alıcılardan ödənişi ya nağd verməyi, ya da karta atmalarını istəyirlər. Baxmayaraq ki, bu qanun pozuntusudur. Qanunun tələbinə əsasən istehlakçının tam hüququ var ki, ödənişi etmək üçün satıcıdan posterminal tələb etsin.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən də ''Xəzər Xəbər''ə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan karta" köçürülməklə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu konkret olaraq alıcının alqı-satqı zamanı bəzi əsas hüquqlarını məhdudlaşdırır.
Dövlət Vergi Xidməti nəzərə çatıdırır ki, bu qanun pozuntusu əsasən vergidən yayınmaq məqsədi daşıyır.
Bildirilib ki, qeyd olunan əməliyyatlara yol verən sahibkarlara qarşı vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.
Sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)

























