İqtisadi gündəm
“AvtoVAZ” qiymətləri qaldırır: Bu avtomobillər bahalaşacaq
Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsinin aşağı düşməsi və bankların faiz dərəcəsini qaldırması “AvtoVAZ” məhsullarının da qiymətinin artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu fikirləri “AvtoVAZ” səhmdar cəmiyyətinin prezidenti Maksim Sokolov jurnalistlərə söyləyib.
Onun sözlərinə görə, 2025-ci ildə “Lada” avtomobillərinin qiyməti arta bilər. Belə ki, uçot dərəcəsinə əsaslanan faiz dərəcəsinin artması məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Sokolov ikinci faktor kimi rublun zəifləməsini göstərib. Hazırda ABŞ dollarının rubla nisbətdə məzənnəsi artmaqda davam edir.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı noyabrın 20-ə ABŞ dollarının məzənnəsini daha 9,18 qəpik artıraraq 100,0348 rubla təklif edib.
Sokolov avtomobilin maya dəyərinə BOM-un (bill of materials) təsirini vurğulayaraq deyib ki, zavodun tədarükçüləri özləri xammalı, materialları xaricdən alırlar və bu idxal-ixrac əməliyyatları ABŞ dolları ilə həyata keçirilir. Odur ki, dolların məzənnəsi “AvtoVAZ” avtomobillərinin qiymətinə təsir göstərir. (Azərtac)
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı






.jpg)











.jpg)













.jpg)



