İqtisadi gündəm
“Nissan” dağılır: Cəmisi bir il vaxtı qalıb
Şirkətin daxilindəki mənbə bildirib ki, «Nissan»ın vəziyyəti düzəltməsi üçün bir il vaxtı var, əks halda şirkət bağlanacaq.
«Nissan»ın amerika bölməsi öz amerikalı dilerlərinə məktub göndərərək şirketin maliyyə çətinlikləri yaşahığı bildirib və onları səbrli olmağa çağırıb.
Publika.az FED.az-a istinadən xəbər verir ki, «Nissan Americas» şirkətinin sədri «Nissan»ın ABŞ-dakı 1070 dilerinə məktub göndərərək bildirib ki, «Nissan» bütün dünyada istehsalı 20% azaldacaq, şirkət biznesin vəziyyətini sabitləşdirmək üçün 9000 işçini ixtisar edəcək.
Məsələ bundadır ki, «Nissan»ın satışları və gəlirləri sürətlə azalmaqdadır. 2024-cü maliyyə ilinin ilk yarısında «Nissan»fın əməliyyat mənfəəti ötənilki 2 milyard dollardan 200 milyon dollara enib.
«Şirkət vəziyyəti düzəltmək üçün səylə çalışır, biz qarşıdakı il ərzində hamınızdan səmimi olaraq anlayış və dəstək istəyirik» - deyə məktubda bildirilir.
Qeyd edək ki, 2018-ci ildə «Nissan»ın keçmiş baş direktoru mənimsəmə ittihamı ilə həbs edilib. Şirkətin satışları isə iki əsas bazarda – ABŞ və Çində kəskin azalıb. Üstəlik, şirkətin əsas payçısı olan Fransanın «Renault» şirkəti də «Nissan»dakı payını tədricən azaldır və hazırda «Nissan» yeni investorlar axtarışındadır.
Xatırladaq ki, son bir ildə «Nissan»ın səhmləri 36% ucuzlaşıb. Şirkətin daxilindəki mənbə bildirib ki, «Nissan»ın vəziyyəti düzəltmək üçün cəmi 12-14 ay vaxtı qalıb.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı






.jpg)







.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



