İqtisadi gündəm
MİDA-dan evi necə "udmaq" olar? - AÇIQLAMA
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzil seçimi keçiriləcək.
Bəs seçimlər zamanı nələrə diqqət etməliyik?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı bloger texno-jurnalist Fərid Pərdəşünas bildirib ki, iştirakçıların prosesi daha uğurla başa vurması üçün bir sıra vacib məqamlara diqqət yetirməsi tövsiyə olunur.
"Seçim zamanı sürətli və stabil internet bağlantısı vacibdir. Ən azı 25-30 Mbps sürət təmin edilməlidir. Bununla yanaşı, yüksək emal gücünə malik kompüter və ya noutbuk istifadə etmək məsləhətdir. Məsələn, Apple M1 və ya Intel Core 12-ci nəsil prosessorları olan cihazlar daha effektiv olacaq. "Touchpad" əvəzinə maus istifadə etmək tövsiyə edilir və mausun sürüşmə sürətini əvvəlcədən tənzimləmək lazımdır.
Seçim zamanı tələb olunan bütün sənədlər - şəxsiyyət vəsiqəsi, kalkulyator və seçim tarixi əlinizin altında olmalıdır. Həmçinin, seçimin başlamasına 15 dəqiqə qalmış hesabınızı yoxlamaq və səhifəni yeniləmək məsləhət görülür.
Həyəcanlanmamaq və tələsməmək vacibdir. Seçim interfeysində bəzi fərqliliklər olsa da, bu bütün iştirakçılar üçün eynidir. Əsas məqsəd tapşırığı ilk dəfədən düzgün anlamaq və dərhal icra etməkdir.
İştirakçılar beynin reaksiya və klik sürətini artırmaq üçün öncədən məşq edə bilərlər. Müxtəlif onlayn alətlər bu bacarığın inkişafına kömək edə bilər".
MİDA seçimlərində iştirak edənlərə uğurlar arzulayırıq!
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO





































