Evi olmayanlara bəd xəbər - kirayə bazarında qiymətlər alovlanacaq
Bizi izləyin

İqtisadi gündəm

Evi olmayanlara bəd xəbər - kirayə bazarında qiymətlər alovlanacaq

Evi olmayanlara bəd xəbər – kirayə bazarında qiymətlər alovlanacaq

Evi olmayanlara bəd xəbər – kirayə bazarında qiymətlər alovlanacaq Sovetskinin sökülməsi ilə bağlı xəbərlərin daşınmaz əmlak bazarının bütün seqmentlərində özünü biruzə verəcəyi yönündə açıqlamalar artır.

Xüsusilə söküntünün aparılacağı ərazinin ucuz kirayə bazarı olduğunu nəzərə alsaq, minlərlə insan ev üçün bazara axışacaq.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı Publika.Az-a açıqlamasında istənilən kütləvi söküntünün kirayə bazarına təsir göstərdiyini deyir: “Hətta 9 mərtəbəli binanın 10 mənzilində kirayə yaşayan insan varsa, həmin binanın sökülməsi, kirayə bazarında 10 tələb yaradır.

Sovetski, Kubinka, Yasamal kimi ərazilərdə bu tipli fərdi yaşayış evlərinin sökülməsi qiymət artımına təsir göstərir. Bu o deməkdir ki, 8 – 10 – 15 min fərdi yaşayış evi söküləcəksə, təqribən 5 min kirayə bazarında yeni tələb yaranacaq. Söküntünün təsirləri nəticəsində, qeyri mövsümü dövrdə tələbin artımına gətirib çıxaracaq və süni şəkildə qiymət artımı başlayacaq. Bu məsələnin ehtimalı böyükdür”.

Ekspert deyir, ümumiyyətlə, şəhərin istənilən ərazisində qiymətlərin artması müşahidə olunacaq: “Çünki, təxmini olaraq deyə bilərik ki, Sovetskinin yarısı kirayə yaşayan ailələrdən ibarətdir. Onların bir vaxtda evlərdən çıxarılması, kütləvi ehtiyaca gətirib çıxaracaq. Nəticədə kirayə bazarında süni qiymət artımı baş verəcək”.

Odər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm