İqtisadi gündəm
Tanınmış jurnalistin 60 illik yubileyi qeyd edilib
Publika.Az-ın verdiyi məlumata görə, tədbir Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri iştirak edib.
Tədbiri açan millət vəkili Qənirə Paşayeva Anna Bartkulaşvilinin
Gürcüstanla Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafında
çox böyük işlər gördüyünü vurğulayıb.
“Anna xanım beynəlxalq tədbirlərdə, beynəlxalaq tribunalarda
Azərbaycanın, Qarabağın haqq səsini ucaltmış və daima Azərbaycanı
öz vətəni saydığını bildirib”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov A.Bartkulaşvilinin
yaradıcılığının daim diqqət mərkəzində olduğunu bildirib.
“Anna xanım həm filoloq, həm şairə, həm tərcüməçi olmaqla yanaşı,
həm də bir jurnalistdir. O, həm Azərbaycan, həm də Gürcüstan ədəbi
əlaqələrində çox böyük işlər görmüş və yenə də bu işləri davam
etdirir”.
Tədbirdə iştirak edən Gürcüstandan olan nümayəndə heyəti də Anna
Bartkulaşvilini yubiley münasibətilə təbrik edib. Onun Azərbaycan
ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına verdiyi
töhfələrini yüksək qiymətləndirdiklərini bildiriblər.
Qonaqlar belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi
özünün ikinci vətəni saydığı Azərbaycanın Anna Bartkulaşvilinin
yaradıcılığına verdiyi yüksək qiymətin göstəricisi olduğunu
deyiblər.
Tədbirdə Millər vəkilləri Əsabil Qasımov, Flora Qasımova, İraqdan
gələn nümayəndə, millət vəkili, şair Fevzi Əkrəm Tərzioğlu
Yubilyarın ünvanına təbrik və xoş sözlərini səsləndiriblər. Sonda
Anna Bartkulaşvili gələn qonaqlara öz təşəkkür və ehtiramını ifadə
edib.
Kifayət
Publika.Az
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ