Uşaqların bölgələrə ekskursiyaları başladı
Bizi izləyin

İqtisadi gündəm

Uşaqların bölgələrə ekskursiyaları başladı

Nazirliyin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədovun Publika.Az-a verdiyi məlumata görə, hər dəfə qruplar şəklində 100 uşaq müxtəlif bölgələrə istirahətə göndəriləcək.


“Tədbir Nazirliyin Gənclər və İdman idarələri vasitəsilə təşkil olunub. “Azərbaycan doğma diyarımdır” adlanan düşərgələrdə uşaqların 10 günlük istirahəti təmin olunacaq. Düşərgələrə yalnız 14-18 yaş arası uşaqlar göndəriləcək. Proqram əsasında uşaqların asudə vaxtlarının təşkili üçün futbol, voleybol yarışları, bölgənin mədəniyyət və tuzim obyektlərinə ekskursiyalar təşkil olunacaq. Müxtəlif mövzular ətrafında uşaqlara mühazirələr deyiləcək.

İyunun 14-də Quba, Lənkəran, Şəki şəhərlərinə 100 uşaq göndərilib. 25-də isə ikinci qrup İsmayıllı rayonuna göndəriləcək. Tədbirlər avqustun 15-nə kimi davam edəcək”.

Ə.Məmmədov düşərgələrə aparılacaq uşaqların normal istirahəti və təhlükəsizliyi üçün bütün tədbirlərin həyata keçirildiyini bildirdi.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm