Bakıda yeni “Bentley“ avtomobili təqdim ediləcək - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Bakıda yeni “Bentley“ avtomobili təqdim ediləcək - FOTOLAR

İyulun ortasında "Bentley Continental GT"-nin V8 mühərrikli versiyasının Azərbacanda təqdimatı gözlənilir.

Bu barədə Publika.Az-a"Bentley Baku" mərkəzinin satış meneceri Həmid Hacıyev məlumat verib.

O bildirib ki, V8 mühərrikli avtomobil "Continental GT"-nin kuzovunda hazırlansa da ondan bəzi texniki göstəriciləri və idarəetmə performansı ilə fərqlənir:

"Bu avtomobil əvvəlki 12 silindrli "GT"-dən fərqli olaraq daha yüngüldür. Avtomobilin ekstyeri əvvəlkinə nisbətən dəyişib. Avtomobilin "Bentley" emblemləri artıq qara fonda deyil, qırmızı fonda olacaq. Həmçinin qabaq radiator toru və təkər diskləri də qara rəngdə nəzərdə tutulur".

İnteryerdə rənglərin kombinasiyasının fərqlənəcəyini bildirən Həmid Hacıyev vurğulayıb ki, "Continental GT V8" üçün xüsusi olaraq yeni "Dragon Red" rəngi də çalara əlavə olunub:

"Azərbaycan bazarında satışa çıxacaq avtomobillər daha çox qara, tünd boz, ağ və eksklüziv olaraq ekstremal gümüş rəngdə olacaq".

Avtomobil 507 at gücünə malik 4 litrlik mühərriklə və 8 pilləli avtomat sürət qutusu ilə təchiz olunub. Tam ötürücülüdür. 0-dan 100 km/saat sürəti 4,8 saniyəyə yığır. Maksimal sürət isə 303 km/saatdır.

Azərbaycanda "Bentley" həvəskarları artıq bu modeldən sifariş veriblər və o maşınlar iyulun sonunda Bakıda olacaq.

Səid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm