Ombudsman Aparatında anım mərasimi
Bizi izləyin

İqtisadi gündəm

Ombudsman Aparatında anım mərasimi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Azərbaycanın Milli Qəhrəmanı, şəhid həkim Gültəkin Əsgərovanın xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbiri ombudsman Elmira Süleymanova açıb:

"Müstəqil ölkəmiz suverenlik, iqtisadi inkişaf və nəzərəçarpan tərəqqiyə heç də asanlıqla gəlib çatmayıb. Torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi itkilər, qurbanlar bahasına başa gəlib".

Ombudsman Gültəkin Əsgərovanın şücaət, vətənpərvərlik, qəhrəmanlığı ilə hər kəsə əsl nümunə olmasından danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı Azərbaycan qadınlarının qəhrəmanlıq salnaməsindən söz açıb.

Ombudsman Aparatı Mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli şəhid həkim, tibb xidməti leytenantı Gültəkin Əsgərovanın keçdiyi döyüş yolu, daim səngərlərə can ataraq, yaralıları odun-alovun içərisindən çıxarması barədə sənədli faktlarla məlumat verib.

Milli Qəhrəmanın anası, Respublika Şəhid Anaları Mərkəzinin sədri Rəfiqə Əsgərova və qızı Əminə Yıldırım belə şərəfin hər ailəyə nəsib olmadığından danışıblar.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm