İqtisadi gündəm
Millət vəkili: “Ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək“
“Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkman nümayəndə heyətinin üzvləri Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbi ictimaiyətin nümayəndələri ilə görüşüblər.
Bu barədə Publika.Az-a “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”
İctimai Birliyindən məlumat verilib.
AYB-nin sədri, xalq yazıçısı Anar Azərbaycan ilə İraq türkmanları
arasında tarixi əlaqələrin daha möhkəmlənməsində mədəniyyətlərin,
ədəbiyyat xadimlərinin böyük xidmətləri olduğunu danışıb. O, İraq
Türkman yazarları ilə dəfələrlə görüşdüyünü, onlardan 8 nəfərinin
AYB üzvlüyünə qəbul edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, AYB-nin üzvü Qənirə Paşayeva
görüşün qonaqlarımızın və respublika ədəbi ictimaiyyəti
nümayəndələrinin istəyi üzərinə düzənləndiyini vurğulayıb. O iki
ölkə arasında əlaqələrin daha da inkişaf etməsindən də danışıb.
“Nəsimini, Füzulini, digər klassiklərimizi sevən, yaradıcılığının
oğuzların ortaq ədəbi abidəsi olduğunu bilən yeni nəsillər, çox
təəssüf ki, bir çox hallarda onların harada doğulduğunu, həyat və
fəaliyyətlərini dərindən bilmir, yaxud öyrənməyə həvəs
göstərmirlər. Biz istəyirik ki, həm bu boğluq aradan qaldırılsın,
həm də yeni ədəbi əlaqələr qurulsun, festivallar, simpoziumlar
keçirilsin. Yəni yalnız ortaq tariximizdən danışmayaq, ortaq
gələcək inşa edək”.
Sonra dr. Şəmsəddin Kuzəçi İraq Ədəbiyyatçılar və Yazarlar
Birliyinin, İraq Mədəniyyət Nazirliyinin, Türkməneli İşbirliyi və
Kültür Vəqfinin “Azərbaycan - İraq Mədəni əlaqələrinin
genişlənməsindəki ilgi və xidmətlərinə görə” ödülünü azərbaycanlı
qələm dostlarına təqdim ediblər.
Kifayət
Publika.Az
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO