Partiya sədri avropalı qonaqlarla görüşüb
Bizi izləyin

İqtisadi gündəm

Partiya sədri avropalı qonaqlarla görüşüb

Görüşdə müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Arqamunt Fon de Mora ilə görüşüb.

Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən Publik.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa Şurasının əməkdaşlığı, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkəmizdəki ictimai-siyasi durum, insan hüquqları və demokratiyanın vəziyyəti müzakirə olunub.

Asim Mollazadə həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla da görüşüb. Bu görüşdə də Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan hüquqları və demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Asim Mollazadə Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı durumu, problemin həlli yolları barədə fikirlərini bölüşüb.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm