Azərbaycanda 15 şagird imtahandan xaric edildi
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda 15 şagird imtahandan xaric edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də ölkənin bir sıra rayon və şəhərlərində, o cümlədən Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib.

Publika.Az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə Goranboy, Gəncə, Şəmkir, Qazax və Tovuzda imtahan prosesini müşahidə edib.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşdığından, qaydalara uyğun olaraq onlar imtahana buraxılmayıblar.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 15 şagird qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm