Nazir şikayətçilərlə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Nazir şikayətçilərlə görüşdü

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, görüş nazirliyin 142 qaynar xətti vasitəsilə müraciət edən vətəndaşları, həmçinin nazirlikdə yaradılmış VC (videokonfrans) sistemi vasitəsilə müxtəlif bölgələrin sakinlərin çikayətlərini cavablandırmaq məqsədilə təşkil olunub. Nazir Fizuli Ələkbərov ilk öncə bildirib ki, 15 İyun - Milli Qurtuluş günü barədə məlumat verib, görülən işlərdən danışıb.


Müraciətlər araşdırılarkən məlum olub ki, ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmayıb.

Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu qeyd olunub. Yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.

Nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı müvafiq sturukturlara tapşırıq verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək»proqramına, eləcə də bu il işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınıb.

Bu ilin 5 ayı ərzində nazirliyə 142 Qaynar xətt vasitəsilə 1799, elektron xidmətlər vasitəsilə 955 müraciət daxil olub. Həmin müraciətlərlə bağlı məqsədyönlü tədbirlər görülüb.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm