Əbülfəz Elçibəyin qohumu: “Eks-prezidentlərin ailələrinə verilən imtiyazlar yetərlidir“
Bizi izləyin

İqtisadi gündəm

Əbülfəz Elçibəyin qohumu: “Eks-prezidentlərin ailələrinə verilən imtiyazlar yetərlidir“

"Gec də olsa belə bir qanunun qəbulunu düzgün hesab edirəm".

Publika.Az-a açıqlamasında bu sözləri Müsavat Partiyası Ali Məclisinin sədri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qohumu Arzu Səmədbəyli "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu"nun qəbulunu şərh edərkən deyib.

Qanunun Əbülfəz Elçibəyin ailəsinə verəcəyi imkanlara gəlincə, Müsavat Partiyası Ali Məclisinin sədri hesab edir ki, söhbət ilk növbədə prezident olmuş şəxslərə və onların ailələrinə münasibətdən gedir.

Arzu Səmədbəyli Əbülfəz Elçibəyin ailəsinin indiyədək adi bir həyat sürdüyünü deyib: "Adi Azərbaycan ailəsi hansı həyat şəraitində yaşayıbsa, Elçibəyin ailəsi də o cür yaşayıb".

Arzu Səmədbəyli qanunun eks-prezidentlərə və onların ailələrinə verdiyi imtiyazları yetərli hesab edir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm