Millət vəkili seçiciləri ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili seçiciləri ilə görüşdü

47 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə Mingəçevir şəhərində seçicilərin qəbulunu keçirib.

Publika.Az-ın məlumatına görə, qəbulda 50 nəfərdən çox seçici iştirak edib. Deputat insanların problemləri ilə maraqlanıb, uyğun qərarlar qəbul edib.

Bir qisim insanların problemləri yerlərdə operativ şəkildə yoluna qoyulub, bəzilərinin müalicəsi ilə bağlı məsləhətlər verilib və addımlar atılıb, 10-a yaxın vətəndaş öz ixtisasına uyğun işlə təmin olunub.

Görüşdə Aydın Mirzəzadə özünün deputat fəaliyyətinə, eləcə də ölkədə gedən proseslərə seçicilərinin fikirlərini öyrənib. Seçicilər Azərbaycanda gedən inkişafın Mingəçevirdə də davam etdirilməsindən məmnunluqlarını bildiriblər.

Qəbul deputatın hər bir insana diqqəti şəraitində keçib. Yerli televiziya kanalı tədbiri lentə alıb və ayrı-ayrı vətəndaşlardan deputat barədə fikrilərini öyrənib. Belə görüşlərin mütəmadi keçirilməsini hamı razılıqla qarşılayıb.

Deputat şəhər icra başçısı ilə görüşündə vətəndaşların qaldırdığı məsələləri bir daha rəhbərliyin diqqətinə çatdırıb. Yeni iş yerlərinin açılması, abadlıq işləri, yeni bina tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb. Belə görüşlərin davam etdirilməsi deputatın nəzərindədir.

Nərgiz

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm