Deputatdan Avropa Yayım Birliyinə cavab gəldi
Bizi izləyin

İqtisadi gündəm

Deputatdan Avropa Yayım Birliyinə cavab gəldi

Milli Məclisin deputatı, professor Musa Qasımlı hesab edir ki, Azərbaycanın son illər bir sıra iri tədbirlərə ev sahibliyi etməsi, bu istiqamətdə yüksək hazırlığı bəzi Qərb dairələrini narahat etdiyindən onlar hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar.

Xatırladaq ki, İsveç, Danimarka, Finlandiya və Böyük Britaniya Avropa Yayım Birliyi (EBU) üçün yeni etik qaydaların qəbulunu təklif edirlər. İsveçin SVT televiziyasının baş direktoru Yeva Hamilton isə bildirib ki, bir neçə ölkə, o cümlədən Azərbaycan yeni tələblərə cavab vermir və onlar yarışlardan ya tamam kənarlaşdırıla, ya da onların iştirakı məhdudlaşdırıla bilər.

Publika. Az-a açıqlama verən millət vəkili Musa Qasımlının fikrincə, Azərbaycanın "Avroviziya-2012" beynəlxalq musiqi yarışmasına möhtəşəm formada hazırlaşması bəzi dairələri narahat etdiyindən bu cür açıqlamalarla gündəmə gəlmək istəyirlər:

"İlk növbədə ona diqqət çəkilməlidir ki, "Avroviziya" müsabiqəsində qaliblik Azərbaycanın halal haqqıdır. Məhz Avropa ölkələrindən gələn dəstək nəticəsində Azərbaycan bu mötəbər musiqi yarışmasının qalibi olub. Digər tərəfdən ölkəmizdə keçirilən yarışma yüksək səviyyədə təşkil edilib.

Azərbaycanı "Avroviziya" yarışmasından kənarlaşdırmaq haqqında iddialar yumşaq desək, qərəzin nəticəsidir. Görünür ölkəmizin artan nüfuzu, bir sıra mötəbər yarışmalara ev sahibliyi etməsi bəzi Qərb dairələri tərəfindən qısqanclıqla qarşılanır və onlar da hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar".

Azər Niftiyev, QayNar

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm