Arıf Hacılının vəkili açıqlama verib
Bizi izləyin

İqtisadi gündəm

Arıf Hacılının vəkili açıqlama verib

Publika.Az-a bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vəkili Nemət Kərimli deyib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata Arıf Hacılının iyunun 10-na kimi azad olunma ehtimalından danışıb. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin prezident İlham Əliyev və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətində 11 nəfərin azadlığa buraxılması ilə bağlı xahiş olunduğunu xatırladan vəkilin fikrincə, hüquq müdafiəçisinin nikbinliyi bu müraciətlə bağlıdır.

Arıf Hacılı ilə iki gün bundan əvvəl yas mərasimində görüşdüyünü deyən Nemət Kərimli onunla bu məsələ ətrafında müzakirə aparmadıqlarını dilə gətirib.

Mayın 30-da anası vəfat etmiş Arif Hacılı 16 saylı cəzaçəkmə müəssisəsindən bir həftəliyə azadlığa buraxılıb. O, hazırda Zaqatala rayonundadır.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm