Külli miqdarda vergidən yayınma faktları aşkarlanıb
Bizi izləyin

İqtisadi gündəm

Külli miqdarda vergidən yayınma faktları aşkarlanıb

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin mayında 25 cinayət işi başlanıb.

Cinayət işlərindən 7-si külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsindədir.

Publika.Az-ın məlumatına görə, araşdırmalar zamanı müəyyən olunub ki, 3 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) qeydiyyatındakı "Elmar" və "Cəlil" məhdud məsuliyyətli cəmiyyətləri (direktoru Qasımov Əhliman Qasım oğludur) vergi orqanlarına hesabat təqdim edərkən bilərəkdən təhrifə yol verib, nəticədə dövlət büdcəsinə 103 min manat məbləğində vəsait ödəməkdən yayınıb.

Departamentin İstintaq İdarəsində və Təhqiqat şöbəsində aparılan araşdırma zamanı 8 saylı ƏVİ-də qeydiyyatda olan "Araz-İnşaat" MMC 364 min 238,6 manat, 3 saylı ƏVİ-də qeydiyyatda olan "Qlobal-S" MMC isə 74 min 796,8 manat (hər iki cəmiyyətin direktoru sahibkar Ağayev Akif Əvəz oğludur) məbləğində vəsaiti vergi orqanlarına təqdim edilən bəyannamələrə gəlir və xərclər barədə qəsdən təhrifə yol verməklə büdcədən yayındırıb.

Bundan əlavə, "Saf Təchizatçı" MMC və "Təmir Tikinti Servis-S" MMC-də də külli miqdarda vergi vəsaitinin dövlət büdcəsinə ödənilməsində yayınmalara yol verildiyi aşkarlanıb.

Vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onların hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm