Beynəlxalq Xəzər neft-qaz sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Bizi izləyin

İqtisadi gündəm

Beynəlxalq Xəzər neft-qaz sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

İyunun 5-də "Bakı Ekspo" mərkəzində açılacaq 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı və 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib.

Publika.Az xəbər verir ki, konfransda çıxış edənİTE "Qrup" şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroonun sözlərinə görə, ənənəvi olaraq hər il Bakıda keçirilən Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində bu il 35 ölkədən 304 şirkətin iştirak edəcəyi gözlənilir.

Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilionlar əvvəlcədən sifariş olunub. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artıb. İlk dəfə olaraq bu il sərgidə Vyetnam şirkətləri də iştirak edəcəklər.

Edvard Stroon bildirib ki, sərgi sahəsinin 40 faizini dünya şöhrətli şirkətlər tutur və onların əksəriyyəti beynəlxalq tədbirin daimi iştirakçılarıdır. Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub.

Sərgi sahəsinin və iştirak edəcək şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.

"Xəzər neft və qaz sərgisi"nin layihə meneceri Tofiq Kərimov deyib ki, son illərdə ARDNŞ öz fəaliyyətini genişləndirib və dünyada nüfuzlu şirkətlərdən birinə çevrilib. Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq etmək istəyən şirkətlərin sayı hər il artmaqdadır. Onlar bu sərgidə iştirak edərək yerli şirkətlərlə tanış olacaq və əməkdaşlıq əlaqələrini qurmaq üçün geniş imkanlar əldə edəcəklər.

Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinin işgüzar proqramı çərçivəsində iyunun 6-7-də"Hilton Bakı" mehmanxanasında keçiriləcək"Xəzər regionunun qızıl dövrü" mövzusundakı konfransın meneceri xanım Nigar Muradxanlı isə qeyd edib ki, sərginin ikinci günü öz işinə başlayacaq konfransda 550 nümayəndə iştirak edəcək.

Konfrans iştirakçıları arasında ARDNŞ,"bp","RWE","TPAO" və"OMV" kimi tanınmış şirkətlərin rəhbərləri, ABŞ Dövlət Departamentinin nümayəndəsi Daniel Stenli, Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobianın, İtaliya, Yunanıstan, Türkiyə və başqa dövlətlərin nazirlərinin iştirakı gözlənilər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm