Vəfa Quluzadə: “Azərbaycan çətin durumda...”
Bizi izləyin

İqtisadi gündəm

Vəfa Quluzadə: “Azərbaycan çətin durumda...”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan xarici dövlətlərlə münasibətdə çətin vəziyyətlə üzləşib. Publika.Az-a açıqlamasında o, deyib ki, İranla gərgin münasibətdə olan ölkə Rusiyanın imperiya maraqları ilə qarşı-qarşıyadır, Qərb dövlətlərinin şərtləri ilə də hələlik razılaşa bilmir.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyü ilə bağlı deyilənlərlə razılaşmayan Vəfa Quluzadə “ehtiyatlı siyasət” terminindən istifadəyə tərəfdardır: “Bunu ehtiyatlı siyasət adlandırsaq, daha doğru olar”.

Keçmiş dövlət müşaviri İranın mütəmadi olaraq Azərbaycan dövlətini təhdid etdiyini vurğulayıb: “İran ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirir. Azərbaycan tərəfi də İranın təhdid siyasətinə cavab vermək məcburiyyətində qalır. Rusiya ilə də münasibətlər normal deyil. Rusiya postsovet məkanında imperiya maraqlarını qorumağa çalışır.

Qərbə gəldikdə, Azərbaycandan real demokratik islahatlar tələb olunur. Buna görə də, dövlətimiz mütəmadi olaraq Qərb dövlətlərinin iradına tuş gəlir.

Vəziyyətdən ən düzgün çıxış yolu ölkədə demokratik islahatlar aparmaq, Qərbyönümlü siyasət yürütməkdir. O ki qaldı İlham Əliyevin NATO sammitinə qatılmasına, indiki halda prezident çox düzgün addım atıb və ənənəvi siyasətini davam etdirib”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm