Nazir FHN-nin əsas prioritetlərindən danışıb
Bizi izləyin

İqtisadi gündəm

Nazir FHN-nin əsas prioritetlərindən danışıb

Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılandan bəri beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi nazirliyin əsas prioritetlərindən biri olub. Bu baxımdan, ötən illər ərzində ABŞ, Rusiya, Fransa, Belarus, Ukrayna, Türkiyə, Koreya Respublikası, Bolqarıstan, Rumıniya, İngiltərə, İsrail, Qazaxıstan, Almaniya, Qətər, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Litva, Niderland və Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurulub.

Publika.Az-ın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov beynəlxalq "The business year" jurnalına verdiyi müsahibəsində bildirib: "Nazirlik ötən illər ərzində, həmçinin BMT, ATƏT, GUAM, Beynəlxalq Atom Enerjisi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq və regional təşkilatlarla dayanıqlı əlaqələr yaradıb. Bundan əlavə, ötən illər ərzində nazirliyin xilasediciləri, NATO da daxil olmaqla, bir çox beynəlxalq təşkilatların təlimlərində iştirak edib".

Onun sözlərinə görə, nazirliyin gələcək prioritetləri qurumun struktur formalaşmasını tamamlamaq, nazirliyin regional mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək, nazirliyə daxil olan bütün qurumlarda xidmətin keyfiyyətini inkişaf etdirmək, qanunvericilik bazasını təkmilləşdirmək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

"2010-cu ilin yazında və yayında Azərbaycanda baş verən daşqınlardan bəri çay kənarlarının möhkəmləndirilməsi və təbbi fəlakətlərin qarşısının alınması sisteminin yaxşılaşdırılması üçün nazirlik hansı tədbirləri həyata keçirib" sualını cavablandıran nazir bildirib ki, 2010-cu ildə baş vermiş leysan yağışları və daşqınlar zamanı nazirliyin xilasetmə əməliyyatlarına minlərlə xilasedici, helikopter, xilasetmə qayığı və çoxlu sayda avadanlıqlar cəlb olunub: "Həmin vaxt sahil ərazilərində yeraltı suyun səviyyəsi sürətlə artıb, Kür və Araz çaylarında daşqın baş verib. Lakin hadisələri daim diqqətdə saxlamağımız və təxirəsalınmaz tədbirlər görməyimiz nəticəsində bu təbii fəlakəti nəzarət altına aldıq, ən vacibi isə insan itkisinin qarşısını almağı bacardıq. Təbii fəlakət ərazisindən təxliyyə edilmiş insanlar müvəqqəti sığınacaqlarda və düşərgələrdə yerləşdirildi və onların rahatlığını təmin etmək üçün lazımi infrastruktur yaradıldı. Biz onların bütün ehtiyaclarını təmin etdik, xüsusən də səhiyyə və təhlükəsizliyə olan tələbatlarını təmin etmək üçün düşərgələrdə tibbi məntəqələr yaratdıq. Biz daşqınların başvermə səbəblərini araşdırdıq və zədələnmiş damları möhkəmləndirmək və Kür sahili boyunca 300 km-dən artıq bəndləri təmir etmək üçün yenidənqurma lahiyələri həyata keçirdik".

Nazirin sözlərinə görə, həmçinin, Kür və Araz çaylarının həcmi müəyyən edildi və hər iki çayın su istehlakı hesablandı: "Bütün bu hesablamaları nəzərə almaqla və Mingəçevir Su Anbarının müvəqqəti iş rejmi nəticəsində 2010-cu il ilə müqayisədə çaylardan eyni su həcminin axmasına baxmayaraq, biz 2011-ci ildə daşqınların baş verməsinin qarşısını aldıq. Ölkədə su resurslarının idarə edilməsini təkmilləşdirmək üçün nazirliyin nəznində Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm