Mətbuat Şurası mitinqdə monitorinq keçirib
Bizi izləyin

İqtisadi gündəm

Mətbuat Şurası mitinqdə monitorinq keçirib

Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının dekabrın 14-də Bakıda, Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər-hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm