Bakı sakinləri “Eurovision“la bağlı nə düşünürlər? –SORĞU
Bizi izləyin

İqtisadi gündəm

Bakı sakinləri “Eurovision“la bağlı nə düşünürlər? –SORĞU

Mərkəzdən Publika.Az-a verilən məlumata görə, sorğuya yaşı 18 və yuxarı olan 900 nəfərə yaxın respondent cəlb edilib.

Sorğunun nəticələri göstərir ki, Bakı sakinlərinin Avropanın ən böyük musiqi bayramına marağı xeyli artıb və bu da başa düşüləndir: müsabiqənin başlanmasına bir aydan da az vaxt qalır və KİV-lər hər gün bununla bağlı müxtəlif məlumatlar yayırlar.

Respondetlərin 6%-i tədbiri buraxmaq istəməsə də, bunun alınıb-alınmayacağına əmin deyil.

Qalan 18% müxtəlif səbəblərdən müsabiqəni izləməyəcək. Onların bir hissəsi (4%) belə tədbirlərin o qədər də həvəskarı deyil, digər 7% hələ qərar verməyib, qalanlarını isə (7%) ümumiyyətlə belə hadisələr maraqlandırmır.

Təxmin edildiyi kimi, müsabiqəyə ən böyük maraq 18-24 yaşlı gənclər arasında qeydə alınıb. Müsabiqəni izləyəcəklərini deyənlərin 78%-ni məhz bu yaş qrupuna aid gənclərdir. "Avroviziya" mahnı yarışmasına ən az maraq göstərənlər isə 60 və daha yuxarı yaşlı insanlardır (6%).

Eyni yaş bölgüsü ötən il keçirilən sorğu zamanı da qeydə alınmışdı.

"Müsabiqənin başlanmasına təxminən bir ay vaxt qalır və hazırlıq işləri tam sürətilə davam edir. Sizcə, ev sahibi olaraq, Bakı "Eurovision-2012"-ni layiqincə keçirə biləcəkmi?"

Sorğu anketinin növbəti sualı məhz belə qoyulub və məlum olub ki, əksəriyyət görülən tədbirlərin uğurla nəticələnəcəyinə əmindir.

Rəyi soruşulanların 81%-i hesab edir ki, işlər vaxtında başa çatdırılacaq və Azərbaycan bu mötəbər beynəlxalq tədbiri müvəffəqiyyətlə keçirəcək. Onlardan 52% sualı birmənalı olaraq "əlbəttə, keçirə biləcək", 29%-i isə "yəqin ki, keçirə biləcək" deyə cavablandırıb. Daha 11% suala cavab verməkdə çətinlik çəkib. Cəmi 8% respondent isə hesab edir ki, hökumət bu vəzifənin öhdəsindən gələ bilməyəcək.

Sorğunun üzə çıxardığı daha bir maraqlı məqam ondan ibarətdir ki, bu il ölkəmizi «Avroviziya» müsabiqəsində Səbinə Babayevanın təmsil edəcəyini bilənlər müsabiqə ilə bağlı istənilən məlumatı digər respondentlərə nisbətən daha pozitiv qarşılayır və

qiymətləndirir. Onlar Səbinəyə pərəstiş edir və təbii ki, hər şeyin uğurlu olmasını və musiqi bayramının yüksək səviyyədə baş tutmasını istəyirlər.

O ki qaldı, erməni nümayəndə heyətinin "Avroviziya-2012"-yə qatılmaqdan imtina etməsinə, rəyi soruşulanların bu məsələyə münasibəti də gözlənilən idi. Respondentlərin böyük əksəriyyəti (87%) üçün ermənilərin bu qərarı heç bir əhəmiyyət kəsb etmir.

Cəmi 2% respondent ermənilərin Bakıya gəlməkdən imtina etməsini müsbət və elə o qədər də insan mənfi qiymətləndirib. Qalan 9% sualı cavablandırmaqda çətinlik çəkib.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm