İqtisadi gündəm
Dodaq boyası qurtarmır, azalır...
Hamımızın siyirməsində yığılıb qalmış, yarımçıq dodaq boyaları var. Atmağa qıymırıq, istifadə üçün də çox kiçik olur bu dodaq boyaları. Atmayın! Çünki onlar hələ çox karınıza gələ bilər.
Siz bu boyaları ya bir fırçayla dibinə qədər istifadə edə
bilərsiniz, ya da qarışdırıb yeni bir rəng və dodaq boyası düzəldə
bilərsiniz.
Bunu unutmayaq ki, bu hazırlayacağınız "yeni" dodaq boyasının
piqmentləri köhnəlib və yağı qatılaşıb. Buna görə də, "özündüzəlt"
məhsul üç ay ərzində istifadə edilməlidi.
Boyaları isidirik. Birbaşa ocaqda isitməyin. Bu həm piqmentləri
yandırar, həm də tərkibini pozub xərçəng xəstəliyi yarada bilən
maddələri aktivləşdirər.
Əvvəlcə alümin falqadan iki qat hissə alıb, balaca bir kasa
düzəldin. Bir ucunu isidilib maye haləna gətirilmiş dodaq boyasını
qabına rahat tökə biləcək şəkildə əyin.
Dodaq boyalarını qablarının içindən diş çöpü ilə çıxardıb həmin
kasanın içinə qoyun. Ocaqda qaynar su dolu qabın içinə əriməyə
buraxın (vam od olmalıdı).
Kasanın içindəki maddə tamamilə maye halını alanda (3-4 dəqiqə)
içini boşaltdığınız dodaq boyalarının qablarından ikisini
seçin.
Qabların dibində kiçik dəliklər var. Onları alimuniumla bağlayın.
Əks halda maye dodaq boyası qaba töküləndə aşağıdan axa bilər.
İndi maye dodaq boyasını qabın içinə tökə bilərsiniz. Mayeni qaba
boşaldıb qarışdırın və soyuducuda 10 dəqiqə saxlayın. Tamamilə
qatılaşmasını gözləyin və çıxardın.
Dodaq boyası hazırdır. Qabın üzərinə xatırlamaq üçün tarixi də
yazın.
3 ay sonra onu zibil qabına atacaqsınız.
Qeyd: əgər kirşanlı dodaq boyası əritmisinizsə isidərkən qarışıma 1
çay qarışığının ucunda vazelin əlavə edə bilərsiniz.
Hazırladı Sahilə
Publika.Az
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi