İqtisadi gündəm
“Camaat qar görmək üçün Daşkəsənə axışır” – Əhəd Abıyev
Daşkəsən rayonu ərazisinə 45-50 santimetr qalınlığında qar yağıb. Bu barədə Publika.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev məlumat verib.
Onun sözlərinə görə, yağan qar rayonda hər hansı ciddi problem yaratmayıb.
Ə.Abıyev qabaqcadan qışa hazırlıq işləri görüldüyünü bildirib: “Qarın yağacağından məlumatımız var idi. Əhali öz işi ilə məşğuldur. Sadəcə olaraq, rayonda bir neçə tikinti işləri gedirdi, binalarda olan köhnə dam örtükləri dəyişdirilirdi. Qarın yağması ilə əlaqədar həmin işlərə fasilə verilib. İstiliklə bağlı vəziyyət qaydasındadır. Biz yay mövsümündə istiliklə bağlı hazırlıq işləri görmüşük. Ancaq rayonun ayrı-ayrı kənd yerlərində elektrik dirəkləri ilə bağlı müəyyən problemlər qalır. Kəndlərdə köhnə işıq dirəkləri var.
Hazırda rayonda təxminən 45-50 santimetr qalınlığında qar var. Ancaq camaat qarın yağmasına çox sevinir. Hətta Gəncə və digər qonşu rayonlardan Daşkəsənə qarı görmək üçün gəlirlər. Hazırda rayonda qar və şaxta var, hava isə küləkli deyil. Hər yer mənzərəli görünür. Bilirsiniz, Daşkəsən Azərbaycanın Uralı hesab olunur. Buranın qışı çox sərt keçir”.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...