Sabah 10 dərəcə isti olacaq
Bizi izləyin

İqtisadi gündəm

Sabah 10 dərəcə isti olacaq

Azərbaycan sinoptikləri həftənin ilk iş gününün hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən verilən məlumata görə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, , gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm