"Ferrari" ilə "Lamborghini"nin böyük yarışması - FOTO, VİDEO
Bizi izləyin

İqtisadi gündəm

"Ferrari" ilə "Lamborghini"nin böyük yarışması - FOTO, VİDEO

Ferrari ilə Lamborghininin böyük yarışması

Mart ayında keçiriləcək “Cenevrə” avtomobil sərgisi super idman avtomobillərin böyük yarışmasına səhnə olacaq. Lamborghini Gallardonun yerini alacaq avtomobil Lamborghini Huracan olacaq. Ferrari isə Kaliforniyanın üstü açıq modelinin yenisini sərgiləyəcək. Yəni, “Cenevrə” -də bir baxıma İtalyan ulduzları nümayiş olunacaq.

Lamborghini Gallardo

Sərginin ulduzu Lamborghini Huracan, dünya ümumisində VIP müştəriləri əhatə edir. Hələ bir aylıq nümayiş tamam olmadan, 700 sifariş almağı bacarıb.

Bu günə qədər ən çox satan Lamborghini modelləri arasında Huracan ayrıca satışda yer tutacağı ifadə edilib.

“Huracan LP 610-4” modeli üçün gələn sifarişlərin 700 -ə çatdığını, ancaq hədəflərinin Cenevre Avtomobil sərgisi olduğunu xatırladaraq, “Daha çox sifarişin gələcəyini ümid edirik. Xüsusilə Körfəz ölkələri artıq bir Lamborghini tutqunu olub” –deyə, Lamborghininin Sahibi Stephan Vinkelmann bildirib.

Lamborghini Huracan LP 610-4, 610 HP gücündə 5,2 litrlik V10 mühərriki sayəsində, saatda maksimum 325 km / s sürətə çata bilir və 0-100 km / s sürətlənməsini 3,2 saniyədə tamamlayaraq sinfinin zirvəsinə yerləşir.

Ferrari Kalifornia

Cenevrədə vitrinə çıxacaq digər bir İtalyan isə yeni Ferrari Kalifornia olacaq. Ağır-top sistemə sahib kabrio vasitə, Kaliforniyada 560 at gücə, 49% artırılmış torka və 15% daha qənaətli yanacaq istehlakına sahibdir.

560 at gücündəki 3,9 litr V8 mühərrik, Ferrari tərəfindən indiyə qədərki ən həyəcan verici səsə sahib olduğu ifadə edilib və yeni bir turbo dizayna sahibdir. Kalifornia, 0-100km performansını 3,6 saniyəyə tamamlayır. Yanacaq qənaəti də vasitənin emosiya dəyərlərini 20% azaldır.

Yeni çarx qutusu, 50% daha sürətli Magneride amortizatorlar, F1-Trac çəkiş idarə sistemi və karbon dulusçuluq əyləcləri ilə Ferrari Kalifornia T, firmanın güc və texnologiya birlikdəliyini tam olaraq əks etdirən bir model olaraq qarşımıza çıxıb.Tavanı 14 saniyədə bağla bilən vasitədə dörd oturacaq var.Təxmin edə biləcəyiniz üzrə arxa oturacaqlar uşaqlar üçün ideal diz məsafəsinə sahibdir.

Qiymət və satış tarixinə istiqamətli hər hansı bir məlumat olmadığı super avtomobilin rəsmi təqdimatı, mart ayındakı “Cenevre” avtomobil sərgisində reallaşdırılacaq.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm