Ünvan Reyestri İnformasiya Sistemi bu il fəaliyyətə başlayacaq
Bizi izləyin

İqtisadi gündəm

Ünvan Reyestri İnformasiya Sistemi bu il fəaliyyətə başlayacaq

2015-ci ilin sonunda ünvan reyestrinin aparılmasını təmin edən İnformasiya Sistemi (ÜRİS) ölkə üzrə tam fəaliyyətə başlayacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Komitədə 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş müşavirədə bildirilib.

Qeyd olunub ki, ÜRİS bu ilin mart ayından istifadəyə verilib. 1 mart 2014-cü il tarixindən etibarən Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.

Müşavirədə bildirilib ki, hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb. 2015-ci ilin sonunda ÜRİS artıq ölkə üzrə tam fəaliyyətə başlayacaq.

Ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Ümumilikdə Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87 518 yeni giriş ünvanları, 551 küçə və prospekti üzrə 250 452 yeni daxili, 239 987 köhnə daxili ünvanlar, Sumqayıt şəhərinin 166 küçə və prospekti üzrə 21 620 yeni giriş ünvanları, 55 911 yeni daxili ünvanlar, 54 490 köhnə ünvanlar ÜRİS-ə daxil edilib. Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm